AZE | RUS | ENG |


Ötən il “Azərbaycan multikulturalizmi” fənninin tədrisi 15 xarici ölkədə həyata keçirib

Ötən il “Azərbaycan multikulturalizmi” fənninin tədrisi 15 xarici ölkədə həyata keçirib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilin əvvəlindən bu günə qədər 15 xarici ölkədə – Portuqaliyada, İtaliyada, Almaniyada, Rusiyada, Gürcüstanda, İndoneziyada, Litvada, Polşada, Çexiyada, Bolqarıstanda, İsveçrədə və başqalarında, həmçinin 36 Azərbaycan universitetində "Azərbaycan multikulturalizmi” adlı fənnin tədrisini həyata keçirib.
 
APA-nın məlumatına görə, Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
 
Kamal Abdullayev  belə bir fənnin tədrisi ilə bağlı tamamilə yeni universitetlərdən təkliflər gəldiyini qeyd edib: "Azərbaycanı öyrənmək, onunla əlaqə yaratmaq istəyən xarici tədris ocaqlarının sayı semestrdən-semestrə artır. Bu, o deməkdir ki, həmin ölkələrin gənclərini ölkəmizə bağlayan xətlər möhkəmlənir. Həmin universitetlərin tələbələri Azərbaycan multikulturalizmini öyrənirlərsə, buna xüsusi həvəsləri varsa, deməli, Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini, etnoqrafiyasını, müasir siyasi-ictimai həyatını, Azərbaycan həqiqətlərini öyrənirlər. Əsas məqsəd bu tələbələrin Azərbaycana olan maraqlarını Azərbaycana olan sevgiyə çevirməkdir”. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
EUR 1 Avro 1.9201
USD 1 ABŞ dolları 1.8045
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6739
GBP 1 İngilis funt sterlinqi 2.1795
TRY 1 Türk lirəsi 0.4756
KWD 1 Küveyt dinarı 5.9067
SEK 1 İsveç kronu 0.2021
CHF 1 İsveçrə frankı 1.7888